putin-bu-gun-rusiya-tehlukesizlik-surasinin-iclasini-kecirecek-veziyyet-cox-gergindir

Putin bu gün Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirəcək - "Vəziyyət çox gərgindir"

Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov deyib.

O bildirib ki, söhbət Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasından deyil, böyük iclasdan gedir.

Onun sözlərinə görə, iclasda dövlət başçısı çıxış edəcək, həmçinin digər tədbir iştirakçılarının hesabatları təqdim ediləcək.

Bununla belə, o, tədbirin mövzusu barədə məlumat verməyib.

Peskov: "Ukrayna ilə sərhəddə vəziyyət çox gərgindir"

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukrayna ilə sərhəddəki vəziyyətə münasibət bildirib.

TASS xəbər verir ki, o, Ukraynanın cənub-şərqindəki gərginliyin azalmasına dair heç bir əlamət görmədiklərini deyib.

"Bu, dərin narahatlıq doğurur. Vəziyyət, həqiqətən, çox gərgindir. Atışmalar daha da intensivləşir”, - o bildirib.

Report