putin-dusenbe-seferinden-imtina-etmesinin-sebebini-aciqladi

Putin Düşənbə səfərindən imtina etməsinin səbəbini AÇIQLADI

Rusiya Prezidenti Vladimir Putin ətrafında olan onlarla şəxsin koronavirusa yoluxduğunu bildirib.

Bu barədə Rusiya lideri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində videokonfrans vasitəsi ilə çıxış edərkən deyib.

“Bilirsiniz, təəssüflər olsun ki, son anda Düşənbəyə səfərdən imtina etmək məcburiyyətində qaldım. Buna səbəb yaxın ətrafımda koronavirusa yoluxma hallarının müəyyən edilməsidir. Bu, bir deyil, iki deyil, onlarla adamdır”, - deyə Rusiya prezidenti söyləyib.

V.Putin hələ bir neçə gün özünütəcrid rejimində olacağını açıqlayıb.

Mənbə: “TASS”