Rusiya Prezidenti Vladimir Putinin gələn həftə Tehrana səfəri gözlənilir.
Bu barədə İran İslami Şura Məclisinin İqtisadi Komissiyasının sədri Məhəmməd Rza Pur İbrahimi məlumat verib.
O qeyd edib ki, İran və Rusiya arasında iqtisadi əməkdaşlığın inkişafı üçün planların hazırlanması iki ölkə prezidentlərinin məsləhətləşmələrində prioritet olacaq.