putin-mosqordumaya-seckilerde-elektron-sesverme-barede-qanun-imzalayib

Putin Mosqordumaya seçkilərdə elektron səsvermə barədə qanun imzalayıb

Rusiya prezidenti Vladimir Putin Moskva şəhər dumasına sentyabrın 8-i keçiriləcək seçkilərdə elektron səsvermənin təşkili üzrə eksperimentin aparılması barədə qanunu imzalayıb. Sənəd artıq hüquq informasiyasının rəsmi portalında dərc olunub. İnsider.az bunu “Kommersant”-a istinadla xəbər verir.

Moskvalılar, həmçinin ənənəvi üsulla da səs verə biləcəklər.

Elektron səsvermədə iştirak üçün seçici minimum üç gün əvvəl dövlət xidmətləri portalı üzərindən elektron səsvermədə iştirak barədə ərizə verməlidir. Seçkilər günü dövlət xidmətlərinin portalındakı şəxsi kabinetində seçici bülletenə elektron formada giriş əldə edəcək.

Mərkəzi Seçki Komissiyasında iddia edirlər ki, ikili səsvermə imkanı mümkün deyil, çünki ərizəni verən avtomatik ənənəvi səsvermə siyahısından xaric edilir.

Qeyd edək ki, eksperimentin keçirilməsinin təşəbbüsü Moskva meri Sergey Sobyaninə məxsusdur.

Samirə Məmmədova