Rusiya Prezidenti Viladimr Putin Nazirlət kabinetinin yığıncaqda, OPEC+ qrupunun neft istehsaının azaldılması qərarını qiymətləndirib.
İnsider.az xəbər verir ki, Putin, Rusiyanın neft bazarlarındakı mühüm ölkələrlə yaxın əlaqədə olması lazım olduğunu qeyd edib və "OPEC+ razılaşmasına bütün tərəflərin əməl etməsi əhəmiyyətlidir" ifadəsini istifadə edib.
Yığıncaqda söz alan Rusiyanın Energetika Naziri Aleksandr Novak, razılaşma daxilində may-iyun dövründə neft istehsalının gündəlik 9,7 milyon barel azaldılacağını xatırladaraq "Bu az qala qlobal neft istehsalının 10%-nə bərabərdir" deyib.
Neft istehsalının iyuldan etibarən il sonuna qədər artacağını qeyd edən Novak, "Söz mövzusu dövrdə istehsal azaltması gündəlik 7,7 milyon barelə, Yanvar 2021-dən Aprel 2022-yə qədər azaltma 5,7 milyon barel səviyyəsində olacaq", bildirib.
Novak, OPEC ölkələrinə əlavə olaraq 10 ölkənin də müxtəlif addımlarla qlobal neft bazarlarında sabitlik təmin edilməsinə dəstək olmaq istədiklərini söyləyib.
Marja