putin-pasinyanla-azerbaycan-ermenistan-serhedindeki-veziyyeti-muzakire-etdi

Putin Paşinyanla Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi

İrəvan tərəfinin təşəbbüsü nəticəsində mayın 13-də Ermənistanın baş naziri vəzifəsini yerinə yetirən Nikol Paşinyanla RF prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə kremlin.ru xəbər yayıb.

Məlumata görə, söhbət əsnasında Qarabağ ətrafında vəziyyətin müzakirəsinə davam edilib.

Ermənistan-Azərbaycan sərhədindəki son insidentlə bağlı fikir mübadiləsi zamanı Vladimir Putin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının bütün müddəalarına, ilk növbədə, atəşkəs rejiminə riayət edilməsinə ciddi şəkildə əməl olunmasının vacibliyini vurğulayıb.