Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında sammit keçirilməsini təklif edib.
Bu barədə Yelisey sarayından məlumat verilib.
Hər iki liderin sözügedən təklifi qəbul etdiyi bildirilib. Qeyd olunub ki, sammit yalnız Rusiyanın Ukraynaya hücum etməyəcəyi təqdirdə baş tuta bilər.
Sammitin gündəliyini fevralın 24-də görüş zamanı ABŞ Dövlət katibi Entoni Blinken və Rusiya XİN rəhbəri Sergey Lavrov hazırlayacaq.
Ağ Evin nümayəndəsi Cen Psaki də Parisin məlumatını təsdiqləyib:
“Prezident Bayden hücum baş verməzsə, Prezident Putinlə yenidən görüşməyə prinsipcə razılaşıb”.
Oxu.Az