Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi axşam ölkədə son günlərdə yaranmış vəziyyətlə bağlı açıqlama verib.
O, silahlı qiyamın təşkilatçılarını vətənə xəyanətdə ittiham edib.
Dövlət başçısı “Vaqner” döyüşçülərinə müraciət edərək onları seçim etməyə, ya orduda xidməti davam etdirməyə, ya da Belarusa getməyə çağırıb.
23:07
Rusiya Prezidenti Vladimir Putinin xalqa müraciəti gözlənilir.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.