Rusiya taxıl dəhlizini bağlaya bilər.
Rusiya Prezidenti Vladimir Putin bunu Astanada keçirilən mətbuat konfransı zamanı açıqlayıb. Konfrans Kremlin “Telegram” kanalı tərəfindən yayımlanıb.
O deyib ki, Krım körpüsündə törədilən terror aktı üçün partlayıcı maddələrin Odessadan taxıldaşıyan maşınla aparılması təsdiqlənərsə, taxıl dəhlizi bağlanacaq.
Putinin sözlərinə görə, Federal Təhlükəsizlik Xidməti bildirib ki, partlayıcılar böyük ehtimalla dəniz yolu ilə göndərilib. Lakin bunun üçün taxıldaşıyan maşından istifadə edilib-edilmədiyi barədə hələlik məlumat yoxdur.
Eyni zamanda Putin qeyd edib ki, humanitar dəhlizlərin terror aktları üçün istifadə olunduğu üzə çıxarsa, taxıl sazişi sual altına düşəcək.
Mənbə: “Parlamentskaya qazeta”