putinden-turkiye-ile-bagli-aciqlama

Putindən Türkiyə ilə bağlı açıqlama

Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə tərəfdaşlığın ən yüksək səviyyədə olduğunu və müxtəlif sahələrdə çoxillik təcrübəyə əsaslandığını bildirib.

Rusiya prezidenti Vladimir Putin Rusiyada vəzifəsinin icrasına başlayan 21 ölkənin səfirlərini, o cümlədən Türkiyənin səfirini Kreml Sarayında etimadnamələrini qəbul edib.

Türkiyə ilə Rusiya arasındakı münasibətləri dəyərləndirən Putin, "Türkiyə ilə tərəfdaşlıq ən yüksək səviyyədədir və müxtəlif sahələrdə çoxillik təcrübəyə əsaslanır. Hər iki tərəf mehriban qonşuluq, tərəfdaşlıq və qarşılıqlı fayda prinsipləri əsasında əlaqələri daha da inkişaf etdirmək əzmindədir”, -bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğanla daim təmasda olduğunu deyən Putin, bu təmaslar zamanı ikitərəfli münasibətlərlə bağlı bütün vacib məsələlərin müzakirə edildiyini deyib.

"Xüsusən qeyd etmək istərdim ki, Rusiya-Türkiyə əməkdaşlığı həqiqətən də enerji sahəsində strateji xarakter daşıyır. "Rosatom" (Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası -  red) Türkiyədə ilk nüvə Akkuyu elektrik stansiyasının tikintisini davam etdirir. Təbii qaz sahəsində - "Mavi Axın" və "Türk axını" boru kəmərlərinin istismarı çərçivəsində sıx əməkdaşlıq qurulub. Türkiyədə təbii qaz paylama mərkəzinin yaradılması istiqamətində işlər davam edir. Ticarət və yüksək texnologiya sahələrində də bir çox maraqlı layihələrimiz və ortaq işlərimiz var",- Putin bildirib.

Marja