“PwC Avrasiya” texnologiya komandası Mərkəzi Asiya və Qafqaz ölkələrində rəqəmsal transformasiya təcrübəsini genişləndirir.
SAP şirkətinin əsas tərəfdaşlarından biri kimi PwC, innovativ SAP proqram təminatından istifadə etməklə, dərin sənaye təcrübəsi və biznes yönümlü yanaşma əsasında həllər təklif edir.
“PwC Avrasiya”nın texnologiya komandası üç ölkədə - Azərbaycan, Qazaxıstan və Özbəkistanda keçirilən üç “SAP NOW” forumunun əsas sponsoru kimi çıxış edib.
Almatıda keçirilən “SAP NOW” forumunda əsas müzakirə “qeyri-sabit iqtisadiyyat şəraitində müasir ağıllı müəssisənin uzunmüddətli davamlılığının təmin edilməsində texnologiyanın artan rolu” mövzusu ətrafında aparılıb. PwC tərəfindən təqdim olunan Mərkəzi və Şərqi Avropada çoxlu sayda S/4HANA-ya uğurlu miqrasiya layihələri Qazaxıstanın biznes nümayəndələri arasında böyük maraq doğurub.
Daşkənddə keçirilən forumun əsas məqamlarından biri Mərkəzi Asiyanın ən böyük plastik və alüminium istehsalçısı olan “AKFA Group”un Rəqəmsal Transformasiya üzrə Baş Direktorunun IPO-ya doğru ilk addım kimi SAP S/4HANA-nı tətbiq etməklə iki illik rəqəmsal transformasiya layihəsinin uğurla başa çatdırılmasına həsr olunmuş təqdimatı olub. PwC Avrasiya komandası qısa və məhdud müddətdə “AKFA Group”un baş ofisində və 3 zavodunda SAP S/4HANA sisteminin əsas modullarını tətbiq etmişdir.
Bakıda təşkil olunan “SAP NOW” forumunda çıxış edən “PwC Azərbaycan”ın Texnologiya Lideri Fərid Qattal rəqəmsal transformasiya sahəsində ən son təcrübəsi, eləcə də bank və sığorta sektorunun nümayəndələri üçün maliyyə xidmətləri sektorundakı trendlər, o cümlədən PwC və SAP arasında yerli tərəfdaşlıq sazişinin imzalanması barədə məlumat verib. Bu, SAP və PwC arasında MDB regionunda imzalanmış ilk tərəfdaşlıq sazişidir.
“Dəyişiklik hər zaman biznesin bir hissəsi olub, lakin mövcud mühit bizi dəyişikliklərlə həmişəkindən daha sürətli məşğul olmağa məcbur edir və şirkətlər transformasiya prosesinin hər bir hissəsini mümkün qədər tez başa çatdırmaq istəyir. SAP ilə tərəfdaşlığımız buna nail olmaqda onlara kömək üçün nəzərdə tutulub”, deyə Fərid Qəttal çıxışı zamanı bildirib.
Texnologiya komandamız ən təcrübəli SAP komandalarından biri kimi, Qafqaz və Mərkəzi Asiya bazarında qərarlılığını bir daha nümayiş etdirdi.
“PwC” şirkətinin Avrasiya üzrə texnoloji konsaltinq komandası regionda 30-dan çox texnoloji məsləhətçi ilə özəl və dövlət sektoru müştərilərinə ölkə və regional səviyyədə sənaye yönümlü xidmətlər təqdim edir. PwC şirkəti, 2022 Gartner® Magic Quadrant™ qlobal reytinqində SAP S/4HANA Tətbiq Xidmətləri üzrə dünyada aparıcı yer tutur.