qadin-sahibkarlara-destek-sosial-missiyamizin-vacib-hissesidir

“Qadın sahibkarlara dəstək sosial missiyamızın vacib hissəsidir"

 

Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank kiçik və orta sahibkarlığa dəstək olmaqda davam edir.

Bank, bu dəfə sahibkarlıq fəaliyyəti ilə məşğul olan işgüzar qadınlarla birgə qeyri-rəsmi görüş - səhər yeməyi təşkil etdi. Tanışlıq və səmimi söhbətlərlə yanaşı, iştirakçılar pandemiya ilə bağlı məhdudiyyətlər çərçivəsində bizneslərini necə idarə etmələri və gələcək planlarından danışdılar. Görüşdə qadınların bizneslə məşğul olarkən üzləşdikləri çətinliklər, onların biznesə gətirdikləri yeniliklər və AccessBank-ın maliyyə tərəfdaşı kimi onlara necə dəstək ola biləcəyinə dair müzakirələr aparıldı. 

"20 ildir ki, Azərbaycanda mikrokreditləşmə ilə məşğul olan və bu sahədə lider mövqeyini qoruyub saxlayan AccessBank üçün kiçik və orta biznesləri maliyyələşdirməklə yanaşı, Bakı və bölgələrdəki qadın sahibkarlara, ailə bizneslərinə hər cür dəstək olmaq çox vacibdir. Bu, bizim sosial missiyamızdır. Biznes qurmaq hər kəs üçün çətindir. Qadınlar da istisna deyillər. Amma nədənsə, qadın sahibkarlar ünvanlarına daha tez-tez "Bu sənin nəyinə lazımdır?!", "Cəhd etmə, onsuz da alınmayacaq” kimi sözlər eşidirlər. Bununla belə, bank təcrübəmiz göstərir ki, qadınlar məqsədlərinə çatmaqda daha əzmkardırlar və çox vaxt işlərinə daha məsuliyyətlə yanaşırlar. Bu gün tərəfdaşlarımızdan, dostlarımızdan rəy almaq, nələrin sahibkarların bizneslərini asanlaşdıracağını və maliyyə tərəfdaşı olaraq qadın sahibkarlığını necə dəstəkləyə biləcəyimizi öyrənmək üçün bir araya gəldik” - deyə AccessBank-ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Yevgeniya Qaşikulina vurğuladı.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.

 

Yevgeniya Qaşikulina