Yeni məhsulları ilə fərqlilik yaradaraq insanların həyatını asanlaşdıran “Qala Həyat” Sığorta Şirkəti “Təminatlı gələcək” adlı məhsulunu təqdim edib. Yeni sığorta məhsulu insanların gələcək həyatlarını güvənli, təminatlı və problemsiz etmək, gəliri olan hər bir şəxsə və ailə üzvlərinə zəmanətli maliyyə təminatı əldə etmək imkanı vermək məqsədi daşıyır. Hətta əmək haqqı almayan, lakin hər ay övladı üçün müəyyən məbləği qənaət edib saxlayan valideyn belə,bu məhsulun üstünlüklərindən faydalana bilər.
“Təminatlı gələcək” sığorta məhsulu vasitəsilə minimum 5 il ərzində, hər ay minimum 50 AZN aylıq sığorta haqqı ödəməklə bir çox üstünlüklər təqdim olunur. Bu üstünlüklərə ailənin gələcəyini təminat altına almaq; gələcək aylıq və ya birdəfəlik ödənişlə maddi təminat qazanmaq; əmək haqqından tutulacaq məcburi dövlət ayırmalarından yararlanmaq; əlavə zəmanətli investisiya gəliri qazanmaq imkanı əldə etmək daxildir.
“Təminatlı gələcək” vasitəsilə sığorta olunan sığorta müqaviləsinin sonunda yaşaması halında sığorta müddətində ödənilmiş sığorta haqqları və investisiya gəliri, sığorta olunanın sığorta müqaviləsinin sonunadək ölməsi halında isə sığorta müddətində ödəməli olduğu sığorta haqqları və investisiya gəliri ödəniş olaraq təqdim olunur. Məhsuldan 18 yaşından 60 yaşına qədər olan fiziki şəxslər yararlana bilərlər.