07.01.2022-ci il tarixdə, saat 16:00-da “Qala Sığorta” ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, 221-ci məhəllə ünvanında yerləşən baş ofisində Cəmiyyətin Səhmdarlarının Ümumi Yığıncağının iclası çağrılır.
İclasın gündəliyi:
- Cəmiyyətin Direktorlar Şurası üzvünün səlahiyyət müddəti barədə;
- Cəmiyyətin 2022-ci il üçün büdcəsinin təsdiq olunması;
- 2021-ci ilin maliyyə hesabatları üzrə Cəmiyyətin müstəqil auditorunun seçilməsi;
- İclasda iştirak edən səsvermə hüququna malik səhmdarların yekdil razılığı ilə sair məsələlər.
Səhmdarlar ümumi yığıncağının gündəliyi üzrə materiallarla “Qala Sığorta” ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, 221-ci məhəllə ünvanında yerləşən baş ofisində tanış ola bilərlər.”