qala-sigorta-asc-nin-sehmdarlarinin-umumi-yigincaginin-novbeden-kenar-iclasi-bas-tutub

“Qala Sığorta” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının növbədən kənar iclası baş tutub

30.08.2021 tarixində “Qala Sığorta” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının növbədən kənar iclası baş tutmuşdur.

İclasda Direktorlar Şurasının tərkibi müzakirə olunmuşdur.

Nəticədə əlavə iki nəfərin, Elxan Gülməmmədov və Famil Hüseynovun Direktorlar  Şurasının üzvlüyünə qəbul edilərək, tərkibin 5 nəfərə çatdırılması qərara alınmışdır.

 Xatırladaq ki, “Qala Sığorta” ASC 1999-cu ildən fəaliyyətə başlayıb və hal-hazırda 8 944 447  manat nizamnamə kapitalına malik olan qeyri-həyat sığortası şirkətidir.