qala-sigorta-tam-yeni-resmi-internet-sehifesi-ile-musterilere-daha-da-yaxin-oldu

 “Qala Sığorta” tam yeni rəsmi internet səhifəsi ilə müştərilərə daha da  yaxın oldu!

2020-ci ili ilk beşlikdə başa vuran Qala Sığorta Şirkəti rəsmi internet səhifəsini yenilədi.

Məqsəd, şirkətin qısa zamanda böyüməsi ilə əlaqədar, onun elektron informasiya vasitəsi kimi istifadəçilərin tələblərinə tam və vaxtında cavab vermək öhdəliyinin icra olunmasıdır. Sığorta şirkətləri arasında daim yenilikçiliyi ilə fərqlənən, “Qala Sığorta” şirkəti, saytın rebrendinqi zamanı müasir sığorta bazarının cari vəziyyətini və qanunvericiliyin tələblərini nəzərə almaqla saytı mümkün qədər sadə və rahat formada istifadəyə verib.

“Qala Sığorta” ASC-nin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, yeni internet səhifəsi müştərilərin və partnyorların şirkətin xidmətlərindən daha asan istifadəsini təmin etməklə yanaşı, insanların sığorta sahəsində maariflənməsi üçün şərait yaradacaq və eyni zamanda Qala Sığorta Şirkətini yaxından tanıma imkanlarını təqdim edəcək.

Belə ki, https://qala-insurance.az bağlantısı ilə şirkətin yeni internet səhifəsinə daxil olan şəxslər rahat şəkildə həm onlayn qaydada sığorta müqaviləsi sifariş edə, eyni qaydada sığorta haqlarını ödəyə bilərlər, həm də baş vermiş sığorta hadisəsi barədə məlumatı elektron formada şirkətə ünvanlaya bilərlər.       

Şirkətdən verilən açıqlamaya görə, yeni internet səhifəsi daim müştərilərin istəklərinə uyğun formada təkmilləşəcək və yeni xidmətlərin əlavə olunması üçün mütəmadi olaraq araşdırmalar aparılacaqdır.Bu isə öz növbəsində şirkətin  göstərdiyi xidmətin keyfiyyətinin daha da yüksəlməsinə təsir edəcək.

Xatırladaq ki, hər bir Sığorta Şirkəti qanunvericiliyin tələbinə görə öz fəaliyyəti dövründə minimum tələblər müəyən olunmaqla rəsmi internet səhifəsinə malik olmalıdır.Yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC olan “Qala Sığorta” şirkətinin əvvəlki səhifəsi buna qədər 2015-ci ildə şirkət “Qala” brendi altında fəaliyyətə başlayan zaman yenilənmişdi.