qala-sigorta-yene-ilk-beslikde

Qala Sığorta– yenə ilk beşlikdə   

Azərbaycan sığorta bazarının güclü oyunçularından olan Qala Sığorta Şirkəti 2020 -ci ili İlk beşlikdə başa vurdu. Sığorta şirkətləri arasında ədalətli rəqabət prinsiplərinə riayət edən şirkət artıq 2-ci ildir ki,  toplanmış sığorta haqlarının illik həcminə görə sığorta bazarının renkinq cədvəlində 5-ci yerə yüksəlib.    

“Qala Sığorta” ASC-nin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, ötən il şirkət 33 002 592 ( otuz üç milyon iki min beş yüz doxsan iki) manat sığorta tədiyyəsi toplamaqla 2019-cu ilin müvafiq göstəricilərini 6 539 277 (altı milyon beş yüz otuz doqquz min iki yüz yetmiş yeddi) manat artırmışdır.Bununla da Qala Sığorta, rebrendinqdən sonra tətbiqinə başladığı yeni satış strategiyasının tələblərinə cavab verərək qarşıya qoyduğu hədəflərə uğurla nail olur. Belə ki, 2015-ci ildə “Qala“ brendi altında bazarın konyunkturasının müasir standartlarıına inteqrasiya edən cəmiyyətin əsas hədəflərindən biri də müştəri məmnuniyyətinin qorunmasını daim nəzarətdə saxlamaqdır. Məhz bu səbəbdən, baş verən sığorta hadisələrini operativ və müştəriyönümlü siyasətlə tənzimləyən şirkətin  sığorta ödənişlərinin həcmi də ilbəil artaraq 2020-ci ildə 3 360 761 (üç milyon üç yüz altmış min yeddi yüz altmış bir) manata çatmışdır.

Postpandemiya dövrünün mənfi nəticələrinin 2020-ci ildə bir çox iri və orta sahibkarlıq subyektlərinin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir etdiyi bir vaxtda düzgün və dayanıqlı inkişaf siyasətinin tələblərinə cavab verən Qala Sığorta inamla inkişaf edir.

Şirkətdən verilən açıqlamaya görə, cari ildə daha  yeni uğurlara imza atmaq və yüksək satış hədəflərinə çatmaq üçün ciddi hazırlıq işləri gedir. Bunun üçün xidmətin keyfiyyətini daha da yüksəltmək və texniki imkanları genişləndirmək kimi tədbirlər planı hazırlanıb.

Yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC olan “Qala Sığorta” şirkəti müştərilərinə 1 filial və 10 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.