qala-sigorta-yeni-unvanda

 “Qala Sığorta” yeni ünvanda

2021-ci ilə, əvvəlki illərdə olduğu kimi uğurla başlayan Qala Sığortanın cari il üçün qarşısına qoyulan hədəflərdən biri də fəaliyyətini yeni ofisdə davam etdirmək öhdəliyi idi. Şirkət bu hədəfi reallaşdıraraq aprel ayının 1-dən etibarən  müştərilərinə Yasamal rayonu, Azərbaycan prospekti 221-ci məhəllədəki yeni ofis binasında xidmət göstərəcək.

Müəssisənin qısa zamanda böyüməsi ilə əlaqədar, işçi sayının xeyli artması və bundan irəli gələrək onların əmək şəraitinin daha da yaxşılaşdırılması məsuliyyəti şirkətin geniş ofis sahəsinə köçmə zərurətini yaratmışdı. Bu səbəbdən yeni ofis sahəsinin seçilməsi və onun təmir olunması zamanı əmək qanunvericiliyinin tələbləri ilə yanaşı, əməkdaşların iş şəraitinin müasir standartlara uyğunlaşdırılması da planlaşdırılmışdı.

“Qala Sığorta” ASC-nin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, yeni ofis ərazisinin təmiri zamanı şirkətin əməkdaşlarının gələcəkdə artması ehtimalı da nəzərə alınmlşdır. Yeni ofis binasında müştərilərin rahat formada qəbulu və onlara keyfiyyətli xidmətin göstərilməsi də öncədən düşünülmüşdür. Əlavə olaraq, ofis tam şəkildə yeni mebel və avadanlıqlarlarla təchiz olunmuşdur ki, bu da işçilər və müştərilərin ofisdə olduqları müddətdə onların rahatçılığını təmin edəcək. Bu isə öz növbəsində şirkətin  göstərdiyi xidmətin keyfiyyətinin daha da yüksəlməsinə təsir edəcək.

Şirkətdən verilən açıqlamaya görə, yeni ofis binasının istifadəyə tam hazır olmasına baxmayaraq, hazırda ölkədə aparılan pandemiya ilə mübarizə fonunda işəgötürənlərə olunan tövsiyyəyə əməl olunması ilə əlaqədar işçilər işə əvvəlki qaydada olduğu kimi növbəli rejimdə çıxarılacaq.

Xatırladırıq ki, yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC olan “Qala Sığorta” ASC buna qədər Nəsimi rayonu, Azadlıq prospekti 124B ünvanında fəaliyyət göstərirdi. Cəmiyyət hal-hazırda baş ofislə birgə paytaxtda 2 filial, regionlarda isə 9  nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə xidmətlər göstərir.