qapali-mekanlarda-maska-taxmaq-ne-vaxt-legv-olunacaq-video

Qapalı məkanlarda maska taxmaq nə vaxt ləğv olunacaq? - VİDEO

“Qapalı məkanlarda maskadan istifadə edilməməsi əhalinin hansı hissəsinin peyvəndlənməsindən asılı olacaq”.

Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, İsrail bu cür yumşaldılmalara əhalinin yarıdan çoxunun peyvəndlənməsi ilə bir vaxtda başladı:

“Biz isə hələlik o həddə çatmamışıq. Yəqin ki, yaxın bir neçə ay ərzində həmin həddə çatacağıq və belə olan halda təbii ki, o cür qərarları qəbul edə bilərik. Bunun üçün isə vaksinasiya prosesində iştirak etmək və qaydalara riayət etmək  lazımdır. Əks halda isə hədəflərə tezliklə çata bilmərik”.