Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin göstərişi ilə paytaxt Nur-Sultanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı yeni küçəyə veriləcək.
“Bir vaxtlar paytaxtımızın küçələrindən birinə görkəmli dövlət xadimi, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin adı verilmişdi. Ancaq şəhər inkişaf edir və indi bu küçə o qədər təmtəraqlı görünmür. Ona görə də mən qərar qəbul etdim və paytaxt rəhbərinə göstəriş verdim ki, paytaxtımızın böyük küçələrindən və ya prospektlərindən birinə Heydər Əliyevin adının verilməsi istiqamətində təkliflə çıxış etsin. Yəni biz o küçənin adını başqasına və daha uyğun bir məkana verəcəyik. Hesab edirəm ki, bu, tamamilə haqlı qərardır”, – deyə Qazaxıstan prezidenti vurğulayıb.
Qeyd edək ki, Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev Azərbaycan Respublikasına avqustun 24-də bir günlük rəsmi səfər edib.
Oxu.Az