2026-cı ilə qədər əməkdaşlığın inkişafına dair hərtərəfli sənəd imzalanacaq.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin bu il Azərbaycana səfəri gözlənilir.
Bunu Qazaxıstanın əmtəə istehsalçılarının Azərbaycanda iqtisadi-ticarət missiyası və birgə biznes forumunda çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov deyib.
Onun sözlərinə görə, səfər zamanı bir sıra ikitərəfli sənədlərin, o cümlədən 2026-cı ilə qədər əməkdaşlığın inkişafına dair hərtərəfli proqramın imzalanması planlaşdırılır.
“Səfər çərçivəsində ticarət-iqtisadi əməkdaşlıq haqqında yeni hökumətlərarası saziş və bir sıra digər sənədlər də imzalanacaq", - deyə səfir qeyd edib.
APA