Qazaxıstanın Janaozen şəhərində yerləşən qaz emalı zavodunda güclü yanğın baş verib.
“Tengrinews” xəbər verir ki, bu barədə zavodun direktoru Nakberqen Tulepov məlumat yayıb.
O bildirib ki, yanğın zavodun kompressor sexində hava soyuducusunun alovlanması nəticəsində meydana gəlib.
Son məlumata görə, yanğın tamamilə söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.