Qazaxıstanda sabiq daxili işlər naziri Erlan Turqumbayev saxlanılıb.
Bu barədə Qazaxıstan Baş Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunur ki, Qazaxıstanın Daxili İşlər Nazirliyinin sabiq rəhbərinə 2022-ci ilin yanvarında ölkədə baş vermiş faciəvi hadisələrlə bağlı cinayət işi açılıb.
O, səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Məlumat üçün əlavə edək ki, Erlan Turqumbayev 2019-cu ildən etibarən Daxili İşlər Nazirliyinə rəhbərlik edib və 2022-ci ilin fevralında tutduğu vəzifədən azad edilib. Daha sonra o, altı aya yaxın Qazaxıstan prezidentinin müşaviri olub.