Moskva birjasında “Qazprom” kotirovkalarının cəld artımı davam edir. İnsider.az bu barədə "RBK"-ya istinadla xəbər verir.
Hələ günortayacan şirkət bazar kapitalizasiyasına görə “Sberbank”-ı ötüb keçməyə çatdırdı, Bakı vaxtı ilə 14:05-də isə onun səhmlərinin dəyəri on ildə ilk dəfə ədədinə görə 250 rublu keçdi. Artımın pik nöqtəsində “Qazprom” səhmlərinin qiyməti 251,65 rubla qalxdı. Bu da “Qazprom”-u Rusiyanın ən bahalı şirkətinə çevirdi.
Sürətli kotirovka artımını analitiklər şirkətin 2018-ci ilə görə növbəti rekord dividend ödəncləri və yeni dividend şirkətinin hazırlanması ilə bağlayırlar.
Günün maksimumuna çataraq, “Qazprom” səhmlərinin kotirovkaları bir qədər endi. Bakı saatı ilə 14:45-də kağızların dəyəri artıq 235,13 rubl təşkil etdi.
Samirə Məmmədova