qazprom-un-xalis-menfeeti-artib

"Qazprom"un xalis mənfəəti artıb

Rusiyanın "Qazprom" şirkətinin xalis mənfəəti 2018-ci ildə bir əvvəlki ilə müqayisədə təxminən iki dəfə artaraq 1 trilyon 456 milyard rubla (təxminən 22,5 milyard dollar) yüksəlib.

İnsider.az xəbər verir ki, "Qazprom"dan verilən məlumata görə, şirkətin keçən il satış gəliri 2017-ci illə müqayisədə 25,5 faiz artaraq 8,2 trilyon rubl təşkil edib.
 
"Qazprom"un xalis mənfəəti isə ötən il əvvəlki illə müqayisədə iki dəfə artaraq 1 trilyon 456 milyard rubla yüksəlib. Şirkətin 2017-də xalis mənfəəti 714,3 milyard rubl təşkil etmişdi.

Dünyanın ən böyük təbii qaz istehsalçısı olan "Qazprom", Avropanın təbii qaz ehtiyacının təxminən 30%-ni ödəyir. Şirkətin 2019-da sektora 2 trilyon rublluq investisiya yatıracağı gözlənilir.

©Marja