qedim-islam-yehudi-astronomik-aleti-tapilib

Qədim islam-yəhudi astronomik aləti tapılıb

İtaliyanın Verona şəhərində muzeyin eksponatları arasında 11-ci əsrdə yaradılmış, ivrit və ərəb dillərində yazıları olan astrolyabiya (bucaqölçən alət) tapılıb. Alimlər bu tapıntının islam-yəhudi elmi mübadiləsinə işarə etdiyini vurğulayıblar.

Məlumata görə, astrolyabiyanın üzərində ivrit və ərəbcə həkk olunmuş yazılar var. Alət əsrlər boyu əldən-ələ keçib. Müxtəlif sahiblər - müsəlmanlar, yəhudilər, avropalı xristianlar aləti dəyişdirərək yazılar əlavə ediblər. Vaxtı, məsafəni hesablamaq, ulduzların mövqeyini təyin və ulduz falı tərtib etmək üçün istifadə olunub.

“Bu, sadəcə olaraq inanılmaz dərəcədə nadir obyekt deyil. Bu, yüz illər ərzində ərəblər, yəhudilər və xristianlar arasında elmi mübadilənin təsirli təcrübəsidir”, - deyə aləti tapan bildirib.

Oxu.Az