qeyri-opec-olkelerinde-maye-karbohidrogenlerin-hasilati-uzre-proqnoz-azaldilib

Qeyri-OPEC ölkələrində maye karbohidrogenlərin hasilatı üzrə proqnoz azaldılıb

Ötən il Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-ci il üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.

Hesabata əsasən, 2021-ci ildə qeyri-OPEC üzrə gündəlik  neft və kondensatın hasilatı 63,33 mln. barel səviyyəsində ehtimal edilib, bu da öncəki proqnoz ilə müqayisədə 0,2 mln. barel azdır.

OPEC bu il neft hasilatında ən əhəmiyyətli artım Kanada, Braziliya, ABŞ, Norveç və Ekvadorda olacağını proqnozlaşdırır.

OPEC-in hesablamalarına görə, ötən il təşkilata daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 62,66 mln. barel səviyyəsində olub, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 2,55 mln. barel azdır.

APA