Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
İnsider.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, sentyabrın 2-si gündüzdən 3-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.
Sentyabrın 2-də Bakıda havanın temperaturu iqlim normasından 3 dərəcə aşağı olub.
Qeyri-sabit hava şəraiti sentyabrın 9-dək davam edəcək.