Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi COVID-19 ilə mübarizədə immun sistemini gücləndirmək üçün qida rasionunda üstünlük verilməli qidaların siyahısını açıqlayıb.
AQTA-dan" verilən məlumata görə, immun sistemini gücləndirmək üçün də düzgün və balanslı qidalanmaq lazımdır.
Qida rasionunda üstünlük verilməli qidalar aşağıdakılardır:
C vitamini (portağal, naringi, limon, ananas, itburnu, cəfəri, bibər, noxud, pomidor, qarağat, kivi, çiyələk, brokkoli, gül kələmi)
D vitamini (yağlı balıqlar, göbələk, qaraciyər, pendir, yumurta sarısı)
E vitamini (günəbaxan tumu və yağı, qarğıdalı yağı, soya yağı, ispanaq, brokkoli, badam, fıstıq)
A vitamini (treska balığı, yumurta, portağal, ərik, kök, ispanaq, kahı)
B6 vitamini (tuna balığı, qızıl balıq, mal və toyuq əti, lobya, noxud, gərzəkli meyvələr, banan)
B12 vitamini (mal əti, tuna balığı, qızıl və ala balıq, qaraciyər, süd, yumurta)
Sink (mal və quzu əti, qoz-fındıq, paxlalılar, kök, kartof)
Fol turşusu (lobya, noxud, tərəvəzlər, sitrus meyvələri və onların şirələri)
Dəmir (quş və mal əti, qaraciyər, dəniz məhsulları, yumurta sarısı, quru ərik və kişmiş, ispanaq, cəfəri)
Mis (qaraciyər, dəniz məhsulları, kartof, quru meyvələr, qoz-fındıq)
Report