Qırğızıstan Prezidenti Sadır Japarovun imzaladığı yeni fərmana əsasən, Kayrat Osmonəliyev Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bu barədə Qırğızıstanın Prezidentinin Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, K.Osmonəliyev bu təyinatdan əvvəl Qırğızıstan Mərkəzi Seçki Komissiyasında çalışıb.