Qırğızıstanda Tacikistanla sərhəd münaqişəsində həlak olanların xatirəsinə bir günlük matəm elan edilib.
Qırğızıstan prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 19-u dövlət müəssisələri üzərində dalğalanan bayraqlar yarıyadək endiriləcək. Həmçinin, ölkənin müxtəlif bölgələrində müvafiq tədbirlər təşkil olunacaq.
Qeyd edək ki, Tacikistanla münaqişə nəticəsində 36 Qırğızıstan vətəndaşı həlak olub.
Oxu.Az