qirgizistanda-neft-bazasinda-guclu-yangin-baslayib-foto-video

Qırğızıstanda neft bazasında güclü yanğın başlayıb - FOTO/VİDEO

Qırğızıstanda güclü yanğın başlayıb.

Hadisə Şopokov stansiyası yaxınlığında neft bazasında baş verib.

Alovun söndürülməsinə üç yanğınsöndürmə briqadası və əməliyyat qərargahı cəlb olunub. Bundan başqa, hadisə yerinə yanğınsöndürən qatar gətirilib.

Hadisənin necə başladığı və zərərçəkənlər barədə məlumat yoxdur.

 

Oxu.Az