qizil-bahalasib

Qızıl bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,11% - 27 221,35 bəndədək artıb, "S&P 500" 0,16% - 3 020,97 bəndədək, NASDAQ isə 0,44% - 8 293,33 bəndədək azalıb.

İnsider.az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 1,82% - 7 686,61 bəndədək artıb, Almaniya DAX-ı 0,02% - 12 417,47 bəndədək, Fransa CAC-40-ı isə 0,16% - 5 601,10 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 4,50 dollar bahalaşaraq 1 437,80 dollara, gümüşün unsiyasının qiyməti isə 0,03 dollar artaraq 16,47 dollara satılıb.