qizil-bahalasib

Qızıl bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,94% - 26 753,17 bəndədək, "S&P 500" 0,95% - 2 954,18 bəndədək, NASDAQ isə 0,80% - 8 051,34 bəndədək artıb.

İnsider.az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,28% - 7 424,44 bəndədək, Almaniya DAX-ı 0,38% - 12 355,39 bəndədək, Fransa CAC-40-ı isə 0,31% - 5 535,57 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 10,70 dollar bahalaşaraq 1 407,60 dollara, gümüşün unsiyasının qiyməti isə 0,02 dollar azalaraq 15,48 dollara satılıb.

©Finans