Amerika fond bazarında "Dow Jones" indeksi 0,26% - 26 786,68 bəndədək, "S&P 500" 0,29% - 2 973,01 bəndədək, NASDAQ isə 0,22% - 8 109,09 bəndədək artıb.
İnsider.az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,82% - 7 559,19 bəndədək, Almaniya DAX-ı 0,04% - 12 526,72bəndədək, Fransa CAC-40-ı isə 0,16% - 5 576,82 bəndədək artıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 21,90 dollar bahalaşaraq 1 429,90 dollara, gümüşün unsiyasının qiyməti isə 0,13 dollar artaraq 15,37 dollara satılıb.