qizil-bahalasib

Qızıl bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,03% - 26 727,54 bəndədək artıb, "S&P 500" 0,17% - 2 945,35 bəndədək, NASDAQ isə 0,32% - 8 005,70 bəndədək azalıb.

İnsider.az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,12% - 7 416,69 bəndədək artıb, Almaniya DAX-ı 0,53% - 12 274,57 bəndədək, Fransa CAC-40-ı isə 0,12% - 5 521,71 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 21,70 dollar bahalaşaraq 1 439,90 dollara, gümüşün unsiyasının qiyməti isə 0,09 dollar artaraq 15,56 dollara satılıb.