qizil-bahalasib

Qızıl bahalaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,04% - 26 526,58 bəndədək azalıb, "S&P 500" 0,38% - 2 924,92 bəndədək, NASDAQ isə 0,73% - 7 967,76 bəndədək artıb.

İnsider.az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,19% - 7 402,33 bəndədək azalıb, Almaniya DAX-ı 0,21% - 12 271,03 bəndədək artıb, Fransa CAC-40-ı isə 0,13% - 5 493,61 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 10,40 dollar bahalaşaraq 1 422,40 dollara, gümüşün unsiyasının qiyməti isə 0,06 dollar artaraq 15,35 dollara satılıb.