Qızıl unsiyasının qiyməti 1765 dolları aşıb.
Qızılın unsiyasının qiyməti, Fed-in xəbərdarlıqlarının ardından 7 ildən çox müddətin ən yüksək səviyyəsinə qalxıb.
İnsider.az xəbər verir ki, Fed, səhm və digər aktivlərin qiymətlərinin koronavirusa görə ciddi zərbə ala biləcəyi və iqtisadi vəziyyətin tam normallaşmasının gələn ilin sonuna qədər uzanacağı xəbərdarlıqlarını edib.
Qızıl alışları, sərmayəçilərin bütün böyük iqtisadiyyatlarda müəssisələrin yenidən açılmağa başlamasından cəsarət tapmalarına qarşı, pis çıxan iqtisadi məlumatlara və yeni virus hadisələrinə dair qorxulara görə artıb.
Bu gün qızılın unsiyasının qiyməti 1764 dollara qalxaraq 2012-ci ilin Oktyabr ayından bəri ən yüksək səviyyəsini görüb. Qızıl 1,2% bahalaşıb.