Amerika fond bazarında "Dow Jones" indeksi 0,14% - 26 835,51 bəndədək artıb, "S&P 500" 0,01% - 2 978,43 bəndədək, NASDAQ isə 0,19% - 8 087,44 bəndədək azalıb.
Insider.az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,64% - 7 235,81 bəndədək azalıb, Almaniya DAX-ı 0,28% - 12 226,10 bəndədək artıb, Fransa CAC-40-ı isə 0,27% - 5 588,95 bəndədək azalıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 13,60 dollar ucuzlaşaraq 1 497,50 dollara, gümüşün unsiyasının qiyməti isə 0,25 dollar azalaraq 17,92 dollara satılıb.