Amerika fond bazarında "Dow Jones" indeksi 1,23% - 26 864,27 bəndədək, "S&P 500" 1,09% - 2 980,38 bəndədək, NASDAQ isə 1,19% - 8 175,42 bəndədək azalıb.
İnsider.az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,78% - 7 586,78 bəndədək azalıb, Almaniya DAX-ı 0,34% - 12 189,04 bəndədək, Fransa CAC-40-ı isə 0,14% - 5 518,90 bəndədək artıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 16,90 dollar ucuzlaşaraq 1 420,90 dollara, gümüşün unsiyasının qiyməti isə 0,22 dollar azalaraq 16,18 dollara satılıb.