qizil-ve-gumus-ucuzlasib

Qızıl və gümüş ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,29% - 27 269,97 bəndədək azalıb, "S&P 500" 0,47% - 3 019,56 bəndədək, NASDAQ isə 0,85% - 8 321,50 bəndədək artıb.

İnsider.az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,73% - 7 501,46 bəndədək azalıb, Almaniya DAX-ı 0,26% - 12 522,89 bəndədək artıb, Fransa CAC-40-ı isə 0,22% - 5 605,87 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,10 dollar ucuzlaşaraq 1 422,50 dollara, gümüşün unsiyasının qiyməti isə 0,09 dollar azalaraq 16,54 dollara satılıb.