qizilda-yeni-rekord-gozlenilir

Qızılda yeni REKORD gözlənilir

ABŞ mərkəzli investisiya bankı "Goldman Sachs" ın analitikləri qızıl ilə bağlı yeni proqnoz verib.

İnsider.az xəbər verir ki, analitiklərin fikrincə qızılın bir unsiyasının dəyəri növbəti 6 ay ərzində 1600 dollara qədər bahalaşacaq. Belə ki, analitiklər ABŞ və Çin arasında yaşanan ticarət müharibəsinin qlobal iqtisadiyyatda qeyri-müəyyənlik yaratdığını, bunun da investorlar tərəfindən qızıla marağı artırdığını düşünür.

Qeyd edək ki, Comex-də əməliyyat olunan qızıl fyuçersləri 1522,7 dollara çataraq 2013-cü ilin aprel ayından bu yana 6 illik maksimumunu yeniləyib.