qizilin-qiymeti-2-dollar-artib

Qızılın qiyməti 2 dollar artıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,51% - 26 462,08 bəndədək, "S&P 500" 0,04% - 2 926,17 bəndədək azalıb, NASDAQ isə 0,21% - 8 118,68 bəndədək artıb.

İnsider.az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,50% - 7 434,13 bəndədək, Almaniya DAX-ı 0,25% - 12 282,60 bəndədək, Fransa CAC-40-ı isə 0,33% - 5 557,67 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,90 dollar bahalaşaraq 1 281,60 dollara, gümüşün unsiyasının qiyməti isə 0,06 dollar azalaraq 15,02 dollara satılıb.