Dünya bazarlarında qızıl qiymətləri, koronavirusun iqtisadiyyata təsirinin ağırlaşması ilə əlaqədar olaraq "etibarlı liman" alışlarının artmasından sonra 7 ildən uzun müddətin ən yüksək səviyyəsinə yüksəlib.
İnsider.az xəbər verir ki, koronavirus pandemiyasının qlobal iqtisadiyyat üzərində dağıdıcı təsirlərinin olacağına və buna bağlı olaraq şirkət mənfəətlərinin azalacağına dair narahatlıqlar "etibarlı liman" xüsusiyyətindəki aktivlərə tələbin artmasına səbəb olub.
Qızılın qiyməti Comex-də 1785 dollara qədər qalxaraq 2012-ci ilin Oktyabr ayından bu yana ən yüksək səviyyəsini görüb.
Bakı vaxtı ilə saat 13:40-da qızılın unsiyası 0,3% bahalaşma ilə 1720 dollardan alıcı tapıb.