qizilin-qiymeti-maksimuma-yaxinlasir

Qızılın qiyməti maksimuma yaxınlaşır

Son həftələr ərzində dünya bazarında qızılın qiyməti maksimum həddə çatmaqdadır.

Insider.az-ın məlumatına görə, “RİA Novosti”-yə danışan ekspertlər bildirir ki, əgər bu trend davam edərsə, “sarı metalın" unsiyasına 1500 dollardan artıq pul veriləcək.

“Qızılın qiymətində kəskin artma müşahidə olunur. Bunun arxasında güc yığmaqda olan müəyyən əsaslı, spekulyativ və texniki amillər dayanır”, - “Promsvyazbank”-ın baş analitiki Roman Antonov bildirib.

Onun sözlərinə görə, qızılın qiymətinin artmasına işgüzar aktivliyin səngiməsi, dünya ticarətinin və ABŞ-ın ticarət dövriyyəsinin azalması təsir göstərir.

© Oxu.az