qizilin-qiymeti-ucuzlasib

Qızılın qiyməti ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 0,13% - 27 147,08 bəndədək, "S&P 500" 0,03% - 3 006,73 bəndədək artıb, NASDAQ isə 0,11% - 8 177,39 bəndədək azalıb.

İnsider.az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,09% - 7 314,05 bəndədək azalıb, Almaniya DAX-ı 0,14% - 12 389,62 bəndədək, Fransa CAC-40-ı isə 0,09% - 5 620,65 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 13,40 dollar ucuzlaşaraq 1 502,40 dollara, gümüşün unsiyasının qiyməti isə 0,17 dollar azalaraq 17,75 dollara satılıb.