qizilin-qiymeti-ucuzlasib

Qızılın qiyməti ucuzlaşıb

Amerika fond bazarında "Dow Jones" indeksi 2,38% - 25 324,99 bəndədək, "S&P 500" 2,41% - 2 811,87 bəndədək, NASDAQ isə 3,41% - 7 647 bəndədək azalıb.

İnsider.az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,55% - 7 163,68 bəndədək azalıb, Almaniya DAX-ı 1,52% - 11 876,65 bəndədək, Fransa CAC-40-ı isə 1,52% - 5 262,57 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 2,20 dollar azalaraq 1 299,60 dollara, gümüşün unsiyasının qiyməti isə 0,03 dollar artaraq 14,81 dollara satılıb.

©Finans.az