qlobal-bank-turk-liresile-bagli-proqnozlarini-deyisdi

Qlobal bank Türk Lirəsilə bağlı proqnozlarını dəyişdi

Qlobal investisiya bankı "Goldman Sachs", dollar/TL proqnozlarını dəyişib.

İnsider.az xəbər verir ki, bank "Türk Lirəsinin dəyər qazanacağının, amma məhdud ola biləcəyini" qeyd edib.  Banka görə, Türk Lirəsinin bahalaşması, Mərkəzi Bankın valyuta ehtiyatlarını yenidən yığması ilə əlaqədar olaraq məhdud ola bilər.

"Goldman Sachs Group Inc.", 3 aylıq dollar/TL proqnozunu 7,50-dən 7-yə, 6 aylıq proqnozunu 7,75-dən 7-yə, 12 aylıq proqnozunu isə 8-dən 7,50-yə endirib. 

Türk Lirəsi 2021-ci ilin əvvəlindən bu yana inkişaf etməkdə olan bazarlarda dollar qarşısında ən yaxşı performans göstərən pul vahidləri arasında yer alır. Dollar/TL ötən cümə günü 7,4170 səviyyəsindən bağlanıb. 6 Noyabrdakı rekord enişdən bu yana Türk Lirəsi 14%-dən çox dəyər qazanıb. 

Marja