Sabah ABŞ Mərkəzi Bankı (Fed) Bakı vaxtı ilə saat 23:00-da faiz qərarını açıqlayacaqdır. Bankın faizini 0,25% səviyyəsində saxlayacağı gözlənilir.
İnsider.az xəbər verir ki, investorların diqqəti Fed-in qiymətli kağız alışı həcmini artırıb artırmayacağında olacaqdır.
Qızıl sərmayəçiləri, Fed-in qiymətli kağız (istiqrazlar) alışı proqramının davam edəcəyinə dair Fed sədri Jerome Powell-dən yeni bir zəmanət gözləyirlər.
Qızılın unsiyasının qiyməti təşviq paketi gözləntilərilə dar bir dəhlizdə qalıb.
Sərmayəçilər, Fed sədri Jerome Powell-dən aylıq 120 milyard dollarlıq qiymətli kağız alışı proqramının yaxın zamanda azaldılmayacağına dair yeni bir söz istəyir. Beləcə, qızıl qiymətləri bir az dəstək tapa bilər və bazarların istiqamətini təyin edə bilər.
ABŞ Prezidenti Joe Biden, bazar ertəsi günü etdiyi açıqlamada maliyyə təşviq paketini, iki partiyanın da üzərində razılaşacağı bir hala gətirə bilmək üçün, yenidən şəkilləndirə biləcəyini deyib. Respublikaçılar isə paketin çox böyük olduğu düşünürlər.
Qızıl ötən cümə günü 0,8% dəyər itirdikdən sonra bu həftəyə də ucuzlaşma ilə başlamışdı. "Etibarlı liman" dünən bir miqdar bahalaşdıqdan sonra üfüqi gedişlə 1856,86 dollar ətrafında ticarət olunub.
Marja