Bütün dünya günlərdir Çində ortaya çıxan koronavirus epidemiyasını danışır.
İnsider.az xəbər verir ki, mtəxəssislər bu virusun bütün dünya bazarları üçün "qara qu quşu" riski ehtiva etdiyini bildirirlər. Bu gün Çin səhmləri kəskin ucuzlaşıb, digər birjalar düşür, neft qiymətləri geriləyir.
"Səhmlərində əməliyyat aparmaq həqiqətən çox çətindir. Bu xəstəliyin (koronavirus) necə inkişaf edəcəyini təxmin etmək qeyri-mümkündür. Hətta mütəxəssislər belə epidemiyanın nə vaxt sona çatacağı barədə açıq bir fikirə sahib deyil. İndi səhm almaq üçün çox tezdir. Gözləyib görmək lazımdır",- analitiklər bildirir.
"Qara qu quşu" nəzəriyyəsi maliyyə bazarlarında sürpriz, əhəmiyyətli təsir yaradan və şüurlu analizlə açıqlana bilməyən hadisələr üçün istifadə edilir.
16-cı əsrə qədər ingiliscədə "qara qu quşu" "var olmayan" mənasında (bütün qu quşları ağ bilindiyi üçün qeyri-mümkünlük vəziyyətini açıqlamaq üçün) istifadə edilirdi. 1697-ci ildə Hollandiyalılar Avstraliyada qara qu quşuna rast gəldikdən sonra bu deyim dəyişikliyə uğrayaraq "qeyri-mümkünün reallaşması" mənasında istifadə edilməyə başlanıb.
"Qara qu quşu" dövründə qiymətlərdə böyük oynama baş verir. Birjada böyük hərəkət yaşandığında şanslı tərəfdə olanların gəlirləri "Qara qu quşu" sayəsində çox yaxşı görünür. Bu vəziyyətdə şans faktoru önə çıxır.